“İstisu” mineral suyu unikal təbii şəraitdə yaranan zəngin və balanslaşdırılmış tərkibə malikdir. Suyun tərkibi yerli laboratoriyalar və Azərbaycan Respublikasının səlahiyyətli dövlət qurumları tərəfindən, həmçinin Almaniyanın SGS Institute Fresenius GmbH laboratoriyası tərəfindən tədqiq olunub. Azərbaycan Respublikasının bir sıra aidiyyəti dövlət qurumları və yerli elmi tədqiqatçılar tərəfindən suyun tərkibi tədqiq edilmişdir. Bundan əlavə, suyun tərkibi ilə bağlı balneologiya sahəsində ixtisaslaşmış xarici təşkilat və mütəxəssislər tərəfindən rəylər bildirilmişdir: professor, tibb elmləri doktoru Kristof Qutenbranner, Hannover Reabilitasiya Xidməti və Elmi Konsaltinq GbR (Almaniya); professor, doktor Müfit Zeki Karagülle, Tibbi Ekologiya və Hidroklimatologiya üzrə fəxri professor, Türkiyənin Kurort Tibbi və Balneologiya Assosiasiyasının sədri (Türkiyə).
Komponent | Konsentrasiya |
---|---|
HCO₃⁻ | 2720-3320 mq/l |
SO₄²⁻ | 750-920 mq/l |
Cl⁻ | 240-290 mq/l |
Ca²⁺ | 110-140 mq/l |
Na⁺ | 1360-1670 mq/l |
Mg²⁺ | 20-30 mq/l |